Ekologiyaya ziyan vuran 160 sürücü cərimələndi - FOTOLAR

Yol polisi 7 Avqust 2017 12:18 Oxunub 2588
Ekologiyaya ziyan vuran 160 sürücü cərimələndi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərdən 16-nın ixrac etdiyi dəm qazı normadan artıq olduğu üçün sürücülərə cərimə yazılıb

“Təmiz hava” aylığı çərçivəsində Bakı-Sumqayıt yolunda yerləşən “Ekologiya postu”nda reydlər davam edir. Bugünkü reyd zamanı 100-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq xüsusi cihazlar vasitəsilə zəhərli qazların miqdarı yoxlanılıb. Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, saxlanılan avtomobillərdən 16-nın ixrac etdiyi dəm qazı normadan artıq olduğu üçün onlara inzibati protokol tərtib edilib. Onlardan biri avtobusdur. Ümumilikdə aylığın başlandığı 4 gün ərzində, yəni avqustun 1-dən bu günə qədər “Ekologiya postu”nda 160 avtomobilə protokol tərtib edilib.

Reyd zamanı saxlanılan avtomobillər arasında nöqsan aşkarlanan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı olan "VAZ", "QAZ", "UAZ", "Qazel", "İkarus", eləcə də "Tofaş" olub. Bundan əlavə, müxtəlif ölkələrdən gətirilən və ili köhnə olan avtomobillər arasında da zəhərli qazların miqdarı çox olanlar var idi. 

Reyddə bəzi sürücülərə yol polisi əməkdaşları xırda nöqsanların aradan qaldırılması yollarını izah edib, ekoloji problemlərin həllində hər bir vətəndaşın səy göstərməsinin və qanunun tələbinin yerinə yetirilməsinin önəmi qeyd olunub. Reyd zamanı hətta "Hummer" markalı avtomobil də saxlanılaraq yoxlanılıb. Həmin avtomobilin göstəriciləri normaya uyğun olub.

Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı keçirir. Aylığın keçirilməsində əsas məqsəd atmosferin çirkləndirilməsinin qarşısını almaqdır.

 

 Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh