“Avtoş”larla taksi sürücüləri arasında qanlı dava – Bıçaqlananlar var- FOTO

Avtoxəbər 5 Avqust 2017 02:59 Oxunub 4140
“Avtoş”larla taksi sürücüləri arasında qanlı dava – Bıçaqlananlar var- FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lənkəranda 10-a yaxın şəxsin iştirakı ilə kütləvi dava olub, bıçaqlananlar var

Lənkəranda iki nəfərin bıçaq xəsarət alması ilə nəticələnmiş kütləvi davanın təfərrüatları məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ləvəngi dairəsində baş verib. Belə ki, Ləvəngi dairəsinə iki avtomobillə gələn Liman şəhərinin 8 sakini burada avtoxuliqanlıq ediblər. Bu zaman taksi sürücüləri onlara irad tutub. Nəticədə tərəflər arasında 10 nəfərin iştirak etdiyi kütləvi dava olub. Dava zamanı taksi sürücülərindən ikisi bıçaq xəsarətləri alıb.

Hadisəni törətmiş avtoxuliqanların sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh