Rəqqasənin “Audi Q7”-sini cızıb qaçdılar
Al-sat 27 Noyabr 2014 15:13 985 dəfə oxunub
Rəqqasənin “Audi Q7”-sini cızıb qaçdılar
Oksana: «Qəza keçirmişəm, avtomobilim xeyli əzilib»

Yaxın günlərdə yenidən Hindistan səfərinə hazırlaşan Oksana bu gün təxminən saat 13:00 radələrində “Yeni Müsavat”ın əməkdaşları ilə görüşə gələrkən avtomobil qəzası keçirib. Bu haqda rəqqasənin özü “Yeni Müsavat” əməkdaşına zəng edərək məlumat verib. Əvvəl rəqqasə “çatıram” mesajını versə də, bir neçə dəqiqə sonra telefonla deyib: “Bu an qəza keçirmişəm. Avtomobilim xeyli əzilib. Bu səbəbdən təəssüf edirəm, sizinlə müsahibəyə gələ bilməyəcəm”.

Daha sonra Oksana jurnalistlə yenidən əlaqə saxlayaraq xahiş edib ki, qəza barəsində mətbuata məlumat verilməsin: “Bu haqda heç nə bildirməyin. Valideynlərim xəbər tutsa, çox narahat olacaqlar”.

Qeyd edək ki, rəqqasə Oksana Rəsulova Hindistanda ZEE TV-də yayımlanan “Maharakshak Aryan” serialında rol alıb. Serial “India’s Best Cine Stars Ki Khoj” layihəsi gedərkən lentə alınıb. Rəqqasə bunun çoxdanki arzusu oluduğunu da bildirib: “Yaxın günlərdə yenidən Hindistana üz tutacam və aktyorluq fəaliyyətimi davam etdirəcəm”.

 

***

Tanınmış rəqqasə Oksana Rəsulovanın “Audi Q7” markalı avtomobilinə kiçik xəsarət yetiriblər. Tabloid.az-a açıqlama verən gözəl sənətçi bildirib ki, hadisə bu gün günorta saatlarında baş verib:“Maşınımı yüngülvari cızıblar. Bunu edən adam isə hadisə yerindən dərhal uzaqlaşdı. Mən maşından düşdüm, geri qayıdanda gördüm ki, artıq avtomobilim cızılıb. Əslində ciddi bir şey deyil. Hətta “palirovka” ilə aradan qaldırmaq olar”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh