Ekoloji reyd zamanı 80-dən çox avtomobil saxlanılıb - FOTO

Avtoreyd 7 Avqust 2017 02:39 Oxunub 1709
Ekoloji reyd zamanı 80-dən çox avtomobil saxlanılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər barəsində 40-dan çox inzibati protokol yazılıb

Goranboyda atmosferi dəm qazı ilə normadan artıq zəhərləyən avtomobillərə qarşı eko reyd keçirilib. Yol patrul xidmətinin, 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin və Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşlarının Goranboy rayon ərazisində keçirdiyi reyd zamanı havaya buraxılan zəhərli qazların miqdarı normadan çox olan avtomobillərin sürücülərlə yanaşı, sərnişinləri ayaq üstdə daşıyan mikroavtobus və avtobusların sürücüləri də aşkarlanıb və onlar cərimələnib.

Dörd saatlıq reyd zamanı ümumilikdə 80-dən çox avtomobil saxlanılıb, sürücülər barəsində 40-dan çox inzibati protokol yazılıb. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşları isə normadan çox yük və sərnişin daşıyan mikroavtobusun sürücülərini cərmələyib. Qeyd edək ki, cərmələrlə razılaşmayan bəzi sürücülərlə yoxlamalar aparan aidiyyəti qurum əməkdaşları arasında mübahisələr də yaşanıb.

Rayon ərazisində bu cür reydlər davam etdiriləcək.

 

Report

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh