Bakıda yol polisi xəstə sərnişini ölümdən xilas edib - FOTO

Yol polisi 7 Avqust 2017 09:26 Oxunub 1042
Bakıda yol polisi xəstə sərnişini ölümdən xilas edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tofiq Ağayevin həyatı üçün yaranmış təhlükə aradan qaldırılıb

Bakıda yol polisi xəstə sərnişini ölümdən xilas edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, yol patrul xidmətinin 5-ci tağımın əməkdaşları keçmiş "Komsomol dairəsi" kimi tanınan ərazidə xidmət göstərən zaman "BMW" markalı avtomobil onlara yaxınlaşıb. Avtomobilin sürücüsü nəqliyyat vasitəsində xəstə sərnişinin olduğunu deyərək, polis əməkdaşlarından ona kömək etmələrini xahiş edib. Yol patrul xidmətinin əməkdaşları dərhal avtomobildə infarkt keçirmiş 1956-cı il təvəllüdlü Ağayev Tofiq Heybətulla oğlunu xidməti avtomobillə 3 saylı Şəhər Kliniki Xəstəxanasının Terapiya şöbəsinə çatdırıblar. Xəstəyə həkimlər tərəfindən tibbi yardım göstərilib və bununla da onun həyatı üçün yaranmış təhlükə aradan qaldırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh