Yanan binadan 80 ailəni polislər xilas edib

Yol polisi 7 Avqust 2017 16:59 Oxunub 1298
Yanan binadan 80 ailəni polislər xilas edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşın güvənc yeri

Avqustun 5-də saat 20:50 radələrində Sumqayıt şəhərində, hazırda məcburi köçkünlərin yaşadığı beş mərtəbəli yataqxananın üçüncü mərtəbəsində ilkin məlumatlara əsasən elektrik şəbəkəsində yaranmış qısaqapanmadan sonra yanğın hadisəsi baş verib. Nəticədə 100 kvadratmetr sahə əşyaları ilə birlikdə yanıb. DİN-in “102 Zəng Mərkəzi”ndən daxil olan məlumatla əlaqədar hadisə yerinə çatan Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları həyatlarını təhlükəyə ataraq yanan binadan 80 ailənin təhlükəsiz əraziyə təxliyyə olunmasında yaxından iştirak ediblər. 

Sakinləri yanan binadan çıxararkən polis əməkdaşlarından 5 nəfəri də tüstüdən zəhərlənib, həm də müxtəlif dərəcəli xəsarətlər alıblar. Sakinlərlə yanaşı, həkim nəzarətinə götürülən, lakin xəstəxanada qalmaqdan imtina edən polislər bu gün də iş başındadırlar və xidmətlərini davam etdirirlər.

İstər yanğın, istərsə də digər fövqəladə hadisələrlə bağlı edilən müraciətlərə polislərin aidiyyatı qurumlarla birlikdə özlərini yetirməsi onu deməyə əsas verir ki, xalqın inamından və sevgisindən güc alan polisimiz ona edilən minnətdarlığın  əvəzini qanı və canı bahasına ödəməyə hər zaman hazırdır. Vətəndaşlarımız polisimizin qəhrəmanlığının, ona təhlükədən daha yaxın olmağının dəfələrlə şahidi olublar. 

Polis kapitanı Sərxan Ağamirovun, polis leytenantları Yaqub Cəlilovun,  Anar Abbaslının, polis serjantları Ümüd Cəfərov, Asim Kərimlinin insanların harayına yetişməsi adına və andına hər zaman sadiq olan  Azərbaycan Polisinin sabitliyin və asayişin, insanların təhlükəsizliyinin keşiyində hər zaman ayıq-sayıq durmasının, Vətən qarşısında müqəddəs borcunu layiqincə yerinə yetirməsinin daha bir təsdiqidir. 

 

Hafiz Təmirov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh