Avtovağzalda qiymət fərqi: Kassa və avtobuslarda bilet - VİDEO

Xəbərlər 8 Avqust 2017 00:15 Oxunub 1555
Avtovağzalda qiymət fərqi: Kassa və avtobuslarda bilet - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Biletlər hətta 1 manatdan da baha satılır

Bakı Beynəlxalq Avtovağzalında biletlərin qiymətləri kassalarda müəyyən olunan məbləğdən 80 qəpik, 1 manat, hətta 1 manatdan da baha satılır. Bundan əlavə avtobuslarda boş qalan yerlərə götürülən sərnişinlərdən faktiki tarifdən 1-2 manat daha çox pul tələb edirlər. Vətəndaşların göndərdikləri bu iddiaları araşdırmaq üçün Bakı Beynəlxalq Avtovağzalına yaxınlaşsaq da icazə almadan içəri buraxılışın mümkün olmayacağını bildirdilər. Buna görə də iddiaları dəqiqləşdirmək üçün vətəndaşlara müraciət etdik.

Vətəndaşların dediklərinin nə qədər gerçək olduğuna əmin olmaq üçün sərnişin qismində kassalara və avtobuslara da yaxınlaşdıq. Həqiqətən də kassalarda da, avtobuslarda da müəyyən edilən tariflə tələb edilən qiymət arasında 1-2 manatlıq fərq olduğunun şahidi olduq.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzalından şifahi olaraq bildirdilər ki, vətəndaşlar bilet almaq üçün ancaq kassalara yaxınlaşsınlar və kassadan kənar şəxslərlə heç bir sövdələşməyə getməsinlər. Çünki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərin kassadan kənar hansısa sürücü ilə qiymət razılaşmasına görə məsuliyyət daşımır. Bundan başqa neqativ halların qarşısını almaq üçün daşıyıcılarla mütəmadi görüşlər keçirilir və onlara tövsiyyələr verilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh