Ayı yolsuzluq avtomobilini "oğurlayıb" və Qəza törədib

Yarışma 8 Avqust 2017 01:21 Oxunub 1443
Ayı yolsuzluq avtomobilini "oğurlayıb" və Qəza törədib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heyvan maşının sükanını, radiosunu, arxa şüşəsini və digər hissələrini qırıb

Amerikanın Kolorado ştatındakı Duranqo şəhərində qəribə hadisə baş verib. Ayı yolsuzluq avtomobilini "oğurlayıb" və qəza törədib.

Gecə vaxtı ayı həyətdə dayanan maşının içinə girib. Maşını əl əyləcindən çıxarıb. Bu zaman yoxuşda üzü aşağı dayanan maşın hərəkət etməyə başlayıb. Amma "oğru" çox uzağa gedə bilməyib. Maşın aşağıda dayanan poçt qutusuna dəyərək dayanıb.

Maşın hərəkət edərkən ayı da boş dayanmayıb. Panikaya düşən heyvan maşının sükanını, radiosunu, arxa şüşəsini və digər hissələrini qırıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh