"Renault" və İran 600 milyon avroluq müqavilə imzalayıb

Avtobazar 8 Avqust 2017 01:31 Oxunub 1302
"Renault" və İran 600 milyon avroluq müqavilə imzalayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Renault Dusterin ilk iki modeli İranda 2018-ci ilə kimi buraxılacaq

 Fransanın avtomobil istehsalçısı olan "Renault" şirkəti və İran 600 mln. avro dəyərində müqavilə imzalayıb. "Report"un İranın "Tasnim" saytına istinadən verdiyi məlumata görə, İranın Sənayenin İnkişafı və Yenilənmə Təşkilatı, "Partov Negin Naseh" və Fransanın "Renault" şirkəti üçtərəfli müqavilə əsasında İranda yeni avtomobil modelləri buraxmaq, habelə müştərilərə xidmət göstərmək və avtomobil hissələrini satacaq mərkəz açmaq niyyətindədir.

Qeyd edək ki, "Renault Duster"in ilk iki modeli İranda 2018-ci ilə kimi buraxılacaq. "Renault" İranda illik 300 min avtomobil istehsal etmək niyyətindədir. Müqaviləyə görə, "Renault" yeni müqavilənin səhmlərinin 60%-nə, digər iki İran şirkəti isə müvafiq olaraq 20%-nə sahibdir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh