Bu dəfə yol polisi maşınları cərimə meydançasına salındı - FOTO

Yol polisi 23 Avqust 2017 11:52 Oxunub 11577
Bu dəfə yol polisi maşınları cərimə meydançasına salındı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda daha bir cərimə meydançası ləğv edilib

Bakıda yol polisinə məxsus daha bir cərimə meydançası ləğv edilib. Avtosfer.az xəbər verir ki, həmin cərimə meydançası Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Badamdar qəsəbəsindəki binasının yaxınlığında yerləşir. Uzun illərdir cərimə meydançası kimi istiradə olunan ərazi bir aydır tam olaraq boşaldılıb. Cərimə meydançasındaki bütün avtomobillər isə yeni cərimə meydançasına daşınıb. Yeni cərimə meydançası çox da uzaqda deyil. Belə ki, DYP-yə gedən yolun üstündə - Yasamal rayon Məhkəməsinin və Dövlət İmtihan Mərkəzinin (TQDK) binasının yanında yeni cərimə meydançası salınıb. Köhnə cərimə meydançası isə yol polisinin öz istifadəsinə verilib. Artıq həmin cərimə meydançasından yol polisi avtomobillərinin dayanacağı kimi istifadə olunur.

Qeyd edək ki, bundan əvvəl Badamdar qəsəbəsində - Maşın bazarına gedən yolun üstündəki ikinci cərimə meydançası də ləğv edilib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh