Atmosferi çirkləndirən avtomobil sahiblərinə qarşı reyd keçirilib - Ucarda

Avtoreyd 8 Avqust 2017 10:47 Oxunub 1970
Atmosferi çirkləndirən avtomobil sahiblərinə qarşı reyd keçirilib - Ucarda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reydlər bu ayın sonlarına kimi mütəmadi olaraq davam edəcək

Ucarda atmosferi normadan artıq dəm qazı ilə çirkləndirən avtomobil sahiblərinə qarşı reyd keçirilib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün səhər saatlarından Ucar Rayon Yol Polisi Bölməsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə  keçirdikləri reyd zamanı, 40-a yaxın  avtomobil saxlanılıb, 30-a yaxın  sürücüyə inzibati protokol tətbiq olunub. İnzibati protokollar əsasən yoxlamalar zamanı müəyyən edilmiş atmosferi ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirən avtomobil sahiblərinə, təhlükəsizlik kəmərindən istifadə etməyənlərə, əlavə avadanlıq quraşdıranlara, sürücülük hüququ olmadan avtomobil idarə edənlərə tətbiq olunub. Yol Polisi Bölməsinin baş inspektoru Seymur Tağıyev reydin keçirilməsində əsas məqsədin atmosferin zərərli maddələrlə çirklənməsinin qarşısının almaq, yollarda baş verən qəzaların, sürət həddini aşan, sürücülük  hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, texniki baxışdan keçməyən sürücüləri aşkar etməkdən ibarət olduğunu deyib. Rəis müavini qeyd edək ki, reydlər  bu ayın sonlarına kimi mütəmadi olaraq davam edəcək. Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi Ekologiya və Təbii Sərvərlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh