Qəzada ölən müğənninin əşyaları oğurlandı - FOTO

Avtosfer Foto 8 Avqust 2017 11:56 Oxunub 1774
Qəzada ölən müğənninin əşyaları oğurlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğru Barış Akarsunun mükafatlarını, papağını, gitarasını və üzüyünü oğurlayıb

2007-ci ildə yol qəzasında dünyasını dəyişən türkiyəli müğənni Barış Akarsunun anası Hatice Akarsunun evinə oğru girib. “Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, hadisə Bartın rayonunun Amasra qəsəbəsində baş verib. 5 mərtəbəli binanın sonuncu mərtəbəsindəki evin kilidini qıran oğru evdən Barış Akarsunun mükafatlarını, papağını, gitarasını, üzüyünü və digər qiymətli əşyalarını oğurlayıb. H.Akarsu deyib ki, bütün otaqlar alt-üst edilib: “Evdə pul yox idi. Kaş ki, olaydı, onu aparaydılar. Oğlumun xatirələrini apardılar. Mən onlarla ayaqda durmağa çalışırdım, onlarla təsəlli tapırdım”.

Hazırda polis oğurluq edən şəxsi axtarır.

Qeyd edək ki, hadisədən sonra məşhur müğənni Haluk Levent Hatice Akarsuya zəng edərək Barış Akarsu muzeyi yaradacağı barədə söz verib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh