20-yə yaxın sürücü cərimələndi - Lənkəranda

Avtoreyd 8 Avqust 2017 16:55 Oxunub 1355
20-yə yaxın sürücü cərimələndi - Lənkəranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam edəcək

"Təmiz hava aylığı” çərçivəsində Lənkəran rayonunda reyd keçirilib, 20-yə yaxın avtomaşın saxlanılıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, reyd Lənkəran rayon Dövlət Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilir. Reyd zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanılaraq sürücülər barəsində müvafiq qaydada tədbir görülüb. Reydin keçirilməsində məqsəd atmosfer havasının zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi olub. Reyd zamanı 20-yə yaxın sürücü cərimələnib. Lənkəran rayon Dövlət Yol Polisi Bölməsinin baş inspektoru Mirxəyal Hüseynovun sözlərinə görə, "Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam edəcək. Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi Ekologiya və Təbii Sərvərlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh