Beş milyona nadir "Ferrari" satılır - FOTO

Avtodünya 8 Avqust 2017 20:50 Oxunub 1472
Beş milyona nadir "Ferrari" satılır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki illik avtomobil beş milyon dollara satışa çıxarılıb

James Edition portalı çox nadir tapılan "Ferrari" modelinin satışı haqqında elan yerləşdirib. Bu altı nüsxəlik tirajla buraxılmış xüsusi "Ferrari Sergio" superkarlarından biridir. İki illik avtomobil beş milyon dollara satışa çıxarılıb.

Xatırladaq ki, "Ferrari" şirkəti ilə Pininfarina atelyesinin birgə məhsulu olan bu superkar Sercio Pininfarinanın xatirəsinə həsr edilmişdir. Avtomobilin əsasını "Ferrari 458 Speciale" modeli təşkil etmişdir. Model 605 at qüvvəsi hasil edən 4,5-litrlik səkkiz silindrli atmosfer mühərrikinə və yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusuna malikdir. İlk 100 km/saat sürətini superkar üç saniyəyə toplayır. Avtomobilin alıcılarını Ferrari şirkəti özü ən sadlq müştəriləri arasından seçib.  Ferrari Sergio modelinin ilk sahibi ərəb şeyxi olmuşdur. Avtomobil şeyxə seriya avtomobilinin Əbu-Dabidəki təqdimatından sonra təqdim edilmişdi.

Hazırda təklif edilən superkarın 118 kilometr yürüyüşü vardır və avtomobil Niderlandda yerləşir. İddialara görə, bu məhdud seriayadan olan avtomobillərin ilk nüsxəsi olsa da digər avtomobillərdən sonra sahibinə çatdırılıb. Əvvəllər avtomobil İsveçrədə sürülüb. (autograph)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh