Arxa oturacaqdakı kəmərdən nə üçün istifadə edilməlidir? - VİDEO

Öyrənək 8 Avqust 2017 20:12 Oxunub 3848
Arxa oturacaqdakı kəmərdən nə üçün istifadə edilməlidir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əgər bütün sərnişinlər kəmər taxsaydı daha 2800 nəfərin həyatını xilas etmək olardı

Amerikanın hərəkətin təhlükəsizliyi üzrə sığorta institutu (IIHS) arxa oturacaqlarda təhlükəsizlik kəmərlərinin istifadəsi ətrafında araşdırmalar aparıb. ABŞ-da keçirilmiş sorğunun nəticələrinə əsasən arxa oturacaqda əyləşən insanların üçdə biri kəmərlərdən istifadə etmirlər. Bu səbəbdən də IIHS bu sahə üzrə krəş-testləri aparıb. Ekspertlərin sorğusu yaşı 18-dən yuxarı olan və yaxın keçmişdə avtomobilin arxa oturacağında gedən 1172 nəfəri əhatə edib. 

Onlardan 91 faizinin ön oturacaqda əyləşərkən təhlükəsizlik kəmərlərindən istifadə etdiyi, 72 faizinin isə arxa oturacaqda əyləşərkən kəmər bağladığı məlum olmuşdur. Bununla bərabər, insanların təhlükəsizlik kəmərlərinə biganə yanaşmasının bir neçə səbəbi də aşkar edilmişdir.

Bunların arasında arxa oturacaqda əyləşməyin daha təhlükəsiz olması, adi unutqanlıq və müvafiq avadanlığın tapılmasındakı çətinliklər vardır. IIHS yeni çarxında öndən toqquşmanın 35 mil/saat (56 km/saat) sürətində imitasiyası aparılmışdır. Sürücü oturacağındakı manikenin kəməri bağlanmış, arxadakı maniken isə kəməri «taxmayıb».

IIHS təşkilatının məlumatına görə, 2015-ci ildə təhlükəsizlik kəmərləri qəza zamanı 13941 insanın həyatını qurtarmışdır. Əgər bütün sərnişinlər kəmər taxsaydı daha 2800 nəfərin həyatını xilas etmək olardı. Pikap və venlərdə kəmərlərdən istifadə zədələnmə riskini 60% azaldır, minik avtomobillərində isə bu rəqəm 45-ə bərabərdir. (autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh