Qəhvə qarşılığında döyüş təyyarələri alacaqlar

Avtobazar 9 Avqust 2017 08:04 Oxunub 1279
Qəhvə qarşılığında döyüş təyyarələri alacaqlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lukita Rusiyadan 11 ədəd “Su-35” təyyarəsinin alınacağını açıqlayıb

ABŞ və Avropa İttifaqının Rusiyaya sanksiyalarını fürsət olaraq görən İndoneziya, qəhvə, palma yağı və digər qidalar qarşılığında rus hərbi təyyarələri alacaq. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyanın ticarət naziri Enqartiasto Lukita veriləcək qidaların qarşılığında Rusiyadan 11 ədəd “Su-35” təyyarəsinin alınacağını açıqlayıb.

Xatırladaq ki, bir müddət öncə Rusiyanın müdafiə sənayesi şirkəti “Rostec” və İndoneziyanın “PT Perusahaan Perdagangan Indonesia” şirkəti arasında ticarət müqaviləsi imzalanmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh