İmişlidə inəyə ekskovatorla işgəncə verdilər - İnsanlığa yaraşmayan hərəkət - VİDEO

Xəbərlər 9 Avqust 2017 02:27 Oxunub 1638
İmişlidə inəyə ekskovatorla işgəncə verdilər - İnsanlığa yaraşmayan hərəkət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ətrafdakılar gülərək tamaşa edir

İmişlidə insanlığa yaraşmayan hadisə baş verib. Bir qrup şəxs inəyi buynuzundan ekskovatorun çömçəsinə bağlayaraq su kanalına salıblar. Sürücü və onun yanındakı şəxs dilsiz heyvana əzab verərək onu suda o tərəf-bu tərəfə fırladıb, bu mənzərəyə baxaraq qəh-qəhə çəkib gülüblər. Həmin şəxslər, çirkin əməllərini mobil telefonla da çəkiblər.

Görüntüləri göndərən şəxs bildirib ki, insanlığa yaraşmayan hərəkətlər İmişlinin Çahar kəndində lentə alınıb. Sanki etdiyi hərəkətdən həzz alan sürücü və onun yanındakı şəxs, dilsiz heyvana əzab verərək onu suda o tərəf bu tərəfə fırladır. Ayağı ilə çabalayan heyvan sanki onlardan imdad diləyir. Heyvanın əzab çəkdiyini görsələr də bundan həzz alırmış kimi sürücü və yanındakılar qəhqəhə çəkər gülürlər.

Bu hal təxminən 10-15 dəqiqə davam edir. Sonda onlar ekskavatorun çömçəsinə bağlanmış inəyi kənara sürüyərək açıb sərbəst buraxıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh