Bakıda yolda hərəkət dayandı; insanlar təşvişdə - VİDEO

Avtosfer TV 9 Avqust 2017 03:12 Oxunub 1429
Bakıda yolda hərəkət dayandı; insanlar təşvişdə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İçərisi yanacaqla dolu çən qoşqunun üzərindən qırılaraq yola düşüb

Yolda hərəkət dayanıb və insanlar təşviş içindədir. Çünki neft daşıyan maşının çəni qırılıb, yola düşüb və onun içərisi yanacaqla dolu olduğundan hər an faciəvi hadisə baş verə bilər. Görüntülər Xətai rayonunun Həzi Aslanov qəsəbəsindəki Kazımağa Kərimov küçəsindəndir. Ərazidə yaşayan sakinlər belə hadisənin onların həyatları üçün təhlükə yaratdığını və neft daşıyan maşınların daim bu ərazidən keçdiyini deyiblər.

Bir müddət sonra ərazidən yanacaq çəni götürülüb və yolda hərəkət bərpa edilib.

Onu da qeyd edək ki, neftin iri çənlərdə toplandığı depo yaşayış evlərinə yaxın yerləşdiyindən uzun müddətdir neft daşıyan maşınlar elə yaşayış yerlərinin içərisindən keçməli olur. Bu isə insanları daim təşviş və həyəcan içində saxlayır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh