“07” “Galenwagen”i belə aşırtdı – VİDEO

Avtosfer TV 9 Avqust 2017 11:52 Oxunub 5535
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“07” yoluna davam etsə də “Galenwagen” yolun kənarında qalır

Son günlərdə gündəmdən düşməyən “Galenwagen” mövzusu bu istiqamətdə müəyyən suallar yaradır. Heydər Əliyev prospektində baş verən qəza zamanı “Galenwagen”in əvvəlcə “Vaz 21015” markalı avtomobilə dəydiyi, daha sonra idarəetməni itirərək əks yola keçdiyi və yandığı bildirilir. Fotolarda “Vaz 21015”in o qədər də ciddi zərər görmədiyi əks olunmuşdu. Bunun əksinə olaraq isə “Galenwagen” tamamilə sıradan çıxmışdı. 

Ekspertlərin fikrincə yüksək sürətlə hərəkət edən bu avtomobillərin aşma təhlükəsi çoxdur. Çünki avtomobil həm hündür, həm də manevr imkanları geniş deyil. Avtosfer.az-ın təqdim edəcəyi videoda da “Galenwagen”i “Vaz 2107” toxunaraq aşırdır. “07” yoluna davam etsə də “Galenwagen” yolun kənarında qalır.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh