Azərbaycanlı müğənninin yarımmilyonluq avtomobili - FOTO+VİDEO

Maraqlı 9 Avqust 2017 14:55 Oxunub 1763
Azərbaycanlı müğənninin yarımmilyonluq avtomobili - FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda qiyməti təxminən 270 000 dollardır

May ayında toy edib, özündən 16 yaş kiçik model xanımla evlənən, subaylığın daşını atan müğənni Xəyyam Nisanov istirahət üçün  Azərbaycana gəlib.

Yenicag.az xəbər verir ki, Bilgəhdə dincələn müğənni bahalı avtomobili ilə görüntülənib.

Qeyd edək ki, X.Nisanov Rusiyada yaşayan azərbaycanlı milyarder Qod Nisanovun yaxın qohumudur. Avtomobil həvəskarı kimi tanınan müğənninin maşın kolleksiyası da var. O, 2015-ci ildə “Bentley Continental GT V8” markalı avtomobili də avtokolleksiyasına daxil edib.

Onu da qeyd edək ki, “Bentley Continental GT V8” markalı avtomobilin Bakıda qiyməti təxminən 270 000 dollardır (təxminən 500 000 manat).  “Kabriolet” tipli maşının dövlət nömrə nişanı “99-XN-999”-dur.  Bu, şou biznes aləmində olan sənətçilərin maşınları içərisində ən bahalı avtomobil sayılır.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh