Qaradağ İcra Hakimiyyətindən qanunsuz əmələ  - Qanunsuz cavab - VİDEO

Xəbərlər 10 Avqust 2017 00:30 Oxunub 4257
Qaradağ İcra Hakimiyyətindən qanunsuz əmələ  - Qanunsuz cavab - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qobustanda qanunsuz olaraq yolun hərəkət hissəsinə zibil qabları qoyulub

Qaradağ rayonu Qobustan qəsəbəsinin daxili yolunda yerləşən mağazaların qarşısında qanunsuz olaraq yolun hərəkət hissəsinə zibil qabları qoyulub. Bu barədə qəsəbə sakinləri və sürücülər Avtosfer.az-a şikayət edib. Əməkdaşımız ərazidə çəkiliş aparan zaman məlum olub ki, həqiqətən də yolun hərəkət hissəsinə qoyulan zibil qabları sürücülərə hərtərəfli təhlükə yaradır. Qoyulan zibil qablarına iribuynuzlu heyvanlar yığışaraq zibilləri yolun hərəkət hissəsinə dağıdır və zibil qablarını aşırır.

Təqdim etdiyimiz videoda da aydın şəkildə görünür ki, zibillər yola tökülüb və iribuynuzlu heyvan yolun hərəkət hissəsini zəbt edib.

Sakinlər dəfələrlə Qaradağ rayon İcra Hakimiyyətinə zəng edib məktub yazsalar da, bu problem aradan qaldırılmır. Həmin yazılan məktublardan birinə Qaradağ rayon İcra Hakimiyyətinin verdiyi cavabı təqdim edirik. Həmin cavabla bağlı bir məqamı xatırlatmaq yerinə düşər ki, qanunvericilkdə də birbaşa göstərilib ki, yolda heç bir maneə ola bilməz. Maneə yaradan qurum isə məsuliyyət daşıyır.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh