Yol polisləri qızmar istidə ölümlə üzləşən qocanı belə xilas etdi – VİDEO

Yol polisi 10 Avqust 2017 01:33 Oxunub 2134
Yol polisləri qızmar istidə ölümlə üzləşən qocanı belə xilas etdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda baş vermiş hadisəyə Gömrük Hospitalının Günay adlı həkimi də müdaxilə edib

Avqustun 9-da, günün ikinci yarısında Bakıda qızmar istinin təsirindən ölümlə üz-üz qalan yaşlı kişinin həyatını yol polisi əməkdaşları xilas edib. Bu barədə Avtosfer.az-a hadisə şahidləri məlumat verib. Bildirilir ki, Bakıxanov küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində təxminən 65-70 yaşları arasında olan kişi yolu keçərkən asta sürətlə gələn avtomobillərdən birinə toxunaraq yıxılıb. Huşunu itirən kişinin köməyinə ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 10-cu tağımının əməkdaşları, 99 YP 447 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan serjantlar Hafiz Bayramov və İnqilab Əliyev gəlib. Onların əlləri qanayan kişiyə ilkin tibbi yardım göstərərək ayıldıblar. Sonra isə əlini sarıyaraq qanaxmanı dayandırıblar. Bu zaman yoldan keçən Gömrük Hospitalının Günay adlı həkimi də maşını saxlayaraq qocaya təmənnasız köməklik göstərib. Yol polisləri dərhal hadisə yerinə təcili yardım çağırıblar. Qoca özünə gəlsə də bir neçə saat yaddaşını itirib. Günün sonlarına yaxın isə polislər onun ailə üzvlərinə məlumat veriblər. Yaşlı kişi qohumlarına təhvil verilib.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh