Bakıda 14 "avtoş" həbs edilib

Avtoxəbər 28 Noyabr 2014 14:51 Oxunub 1398
Bakıda 14 "avtoş" həbs edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin 11 ayı ərzində 287 avtoxuliqanlıq hadisəsi faktı aşkarlanıb

“Avtoxuliqanlar arasında pəşəkar sürücülər də var”. ANS PRESS-in məlumatına görə, bu sözləri “Xəbər Sizsiniz” verilişində Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədov deyib. O, bildirib ki, bu ilin 11 ayı ərzində 287 avtoxuliqanlıq hadisəsi faktı aşkarlanıb. Avtoxuliqanlar arasında 21-35 yaş arası gənclər üstünlük təşkil edir. Həmçinin 1,2,3-cü kurs tələbələri daha çoxdur. 30 avtoxuliqan dəfələrlə eyni qayda pozuntusunu təkrarladığına görə, məsuliyyətə cəlb olunub. Onlardan 14-ü barəsində ən ağır cərimə və həbs qəti imkan tədbiri seçilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh