Qışda gölməçəyə dönən yol təmir edilir - VİDEO

Yeniliklər 11 Avqust 2017 01:00 Oxunub 1742
Qışda gölməçəyə dönən yol təmir edilir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin yol 3 gün bağlı olacaq

Bakıda daha bir yol nəqliyyatın hərəkətinə bağlanıb. Söhbət Sabunçu ilə Binəqədi rayonunu birləşdirən yoldan gedir. Təmir işləri ilə əlaqədar burada hərəkət 3 gün məhdudlaşdırılacaq. Xüsusən də payız qış aylarında, yağışdan sonra keçilməz vəziyyətdə olan yol təmir edilir. Yolda köhnə asfalt qatı qaşınaraq yenisi vurulur.

Təmir işlərinə Balaxanı qəsəbəsindən start verilib. ''Azəravtayol'' ASC-nin iş icraçısının sözlərinə görə, yolun bəzi hissələrində təxminən bir metrə qədər genişləndirimə də olacaq. Yolun təmirə dayanması ərazidə yaşayanların da ürəyincədi. Amma onlar yolda təhlükəsizliyi qorumaq üçün bütün nişanların qoyulmasını da tələb edirlər.

İş icraçısının sözlərinə görə, asfalt qatı vurulub qutardıqdan sonra yolda cizgi xətləri, piyada zolağı və nişanlar quraşdırılacaq. Aparılan təmir işləri ilə əlaqədar olaraq Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi avtonəqliyyat vasitələrinin hərəkəti 3 gün müddətində bağlı olacaq. ''Azəravtayol'' ASC-nin əməkdaşları bu günlərdə sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh