Polis övladları yüksək bal toplayıb - FOTO

Yol polisi 11 Avqust 2017 01:10 Oxunub 15912
Polis övladları yüksək bal toplayıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sizinlə qürur duyuruq…

Ali məktəblərə qəbul imtahanları və onun həyəcanı artıq arxada qaldı. Sevinənlər də oldu, məyus olanlar da. Həyatın ilk sınağından qalib çıxanların, yüksək balla ali məktəblərə daxil olanların içində həmkarlarımızın övladlarının olmasına çox sevindik. Həm də biləndə ki, onlardan bəziləri valideynlərinin yolunu davam etdirib gələcəkdə polis olmaq arzusundadırlar, bu, gələcəyə olan inamımızı daha da artırdı. 

Demək, bizdən sonra savadı, bilik və bacarığı, səmimiyyəti ilə xalqa, dövlətə xidmət edəcək gənclər yolumuzu inamla və uğurla davam etdirəcək.

Onlardan bir neçəsi ilə sizləri tanış etmək istəyirik. 

Ramazanov Elvin Əliyar oğlu 2000-ci ildə Bakı şəhərində doğulub. Orta məktəbi əla qiymətlərlə bitirib. Qəbul imtahanlarında III qrup üzrə 682 bal toplayaraq DİN-in Polis Akademiyasına daxil olub. Elvinin atası Əliyar Ramazanov  DİN-in Polis Akademiyasının əməkdaşı, polis mayorudur.

Aydan və Nigar Quliyevalar da polis övladlarıdır. Ataları Əjdər Quliyev DİN-in Polis Akademiyasında “DİO-da xüsusi texnika” kafedrasının rəisi, polis polkovnikidir. Bacılar bu il keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Akdəniz Universitetinin “İç memarlıq və çevrə tasarımı” fakultəsinə qəbul olunublar.

Gənclərimizi təbrik edir, uğurlar arzulayırıq.

 

Hafiz Təmirov,

polis mayoru

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh