Hacıqabul-Bəhrəmtəpə yolunda reyd keçirildi - 25 sürücü cərimələnib

Avtoreyd 11 Avqust 2017 12:37 Oxunub 1596
Hacıqabul-Bəhrəmtəpə yolunda reyd keçirildi - 25 sürücü cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BDYPİ tərəfindən reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur

Magistral yollarda avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə BDYPİ-nin 13-cü alayı tərəfindən Hacıqabul-Horadiz magistralının 9-cu kilometrliyində reyd təşkil edilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Reyd zamanı ümumilikdə 25-dək sürücü barəsində inzibati qaydada protokollar tərtib edilərək cərimələr yazılıb. Sənədləri olmayan bəzi avtomobillər müvəqqəti duracağa yerləşdirilib. BDYPİ tərəfindən reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh