Şurada Böyük Britaniyalı hüquqşünaslarla görüş olub-FOTOLAR

Gündəm 29 Aprel 2014 19:39 Oxunub 1590
Şurada Böyük Britaniyalı hüquqşünaslarla görüş olub-FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Böyük Britaniyanın Hüquq İcmasının prezidenti Nokolas Flak, Böyük Britaniya Kraliçasının vəkili Adrian Huqhes, Türkiyə-Britaniya Ticarət Palatasının sədri Emma Edhem və “Vizers” hüquq firmasının Beynəlxalq Arbitraj və Məhkəmə Çəkişmələri departamentinin rəhbəri Kris Coffindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri, habelə xarici QHT-lər üçün yeni qrant müsabiqəsi haqqında qonaqlara ətraflı məlumat verib. A.Quliyev Şuranın Britaniya-Azərbaycan hüquqşünaslarının təcrübə mübadiləsinə dəstək verməyə hazır olduqlarını bildirib. Şura sədri Azərbaycan hüquqşünaslarının Britaniya təcrübəsini mənimsəməsində maraqlı olduqlarını deyib.

Azay Quliyev həmçinin Şuranın 2015-ci ildə Bakıda keçiriləcək I Avropa oyunları ilə də bağlı Britaniya QHT-ləri ilə fəal əməkdaşlıq etməyi düşündüklərini bildirib. Şura sədri Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması, həmçinin Qarabağdakı mədəniyyət abidələri və təbii irsin dağıdılması ilə əlaqədar Britaniya QHT-lərinin hüquqi rəy verməsini xahiş edib.

Səmimi qəbul üçün təşəkkürlərini bildirən qonaqlar Şuranın fəaliyyəti haqqında verilən məlumatların onlarda maraq doğurduğunu ifadə ediblər. Britaniya hüquqşünasları fəaliyyət sahələri ilə bağlı təcrübələrini Azərbaycanla bölüşməklə yanaşı, eyni zamanda Azərbaycanın da bu sahədəki uğurlarını öyrənməyə hazır olduqlarını deyiblər. Qonaqlar müzakirə edilən sahələrdə Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar. Tərəflər görüşdə səsləndirilən təkliflər üzrə birgə işin aparılması haqında razılığa gəliblər.


Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh