Azərbaycanlı müəllim velosipedlə 71 günə İstanbula getdi - VİDEO

Maraqlı 12 Avqust 2017 00:05 Oxunub 1167
Azərbaycanlı müəllim velosipedlə 71 günə İstanbula getdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İsmayılov gələcəkdə də bu cür səfərlər edəcəyini bildirib

Azərbaycanlı təqaüdçü müəllim 71 günə İstanbula gedib. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, 71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib. Səyahət zamanı o, 4 min km məsafə qət edib. Təqaüdçü müəllim olan İsmayılov illərdir şəkərli diabetdən əziyyət çəkdiyini və aktiv həyat tərzi ilə gümrah qaldığını deyir: “Şəkərin nə olduğunu mən bilmirəm. Bu etdiklərimlə şəkər qalar?! Adi günlərdə saat 6-da yuxudan dururam. Hər gün 15 km yol qət edirəm”.

İsmayılov gələcəkdə də bu cür səfərlər edəcəyini bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh