Polis oğrunu “iş başında” yaxaladı - VİDEO

Yol polisi 12 Avqust 2017 00:08 Oxunub 1079
Polis oğrunu “iş başında” yaxaladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mühafizə polisi qorunan aptekdən ''həyəcan'' siqnalı daxil olan kimi əraziyə gəlib

Əvvəlcə ətrafa göz gəzdirir. Daha sonra isə əlindəki dəmir parçası ilə plastik pəncərəni qırır. Görüntülər Səbail rayonu Qurban Abbasov küçəsindəki apteklərdən birinin təhlükəsizlik kamerasınandır. Sözügedən aptekin pəncərəsi qırılan kimi Səbail Rayon Mühafizə İdarəsinə ''həyacan'' siqnalı daxil olub. Həyəcan siqnalı daxil olandan bir neçə saniyə sonra mühafizə polisinin operativ qrupu hadisə yerinə yaxınlaşıb. Xüsusi texniki vasitələrlə mühafizə edilən aptek yoxlanılan zaman obyektin pəncərəsinin sındırıldığı aşkar edilib.

Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs hadisə yerindən qaçarkən polislərin çevikliyi sayəsində saxlanılıb və onun üzərindən obyektin dəmir barmaqlıqlarını qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi götürülüb.

Göstərilən faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh