Avtobusların sayı azaldı: Sərnişinlər və sürücülər narazıdır - VİDEO

Yazarlar 12 Avqust 2017 00:11 Oxunub 1150
Avtobusların sayı azaldı: Sərnişinlər və sürücülər narazıdır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi marşrut xətlərində avtobusların sayı azaldılıb

Həm sərnişinlər narazıdır, həm də sürücülər. Səbəb isə bir sıra daşıyıcı şirkətlərin marşrut xəttində avtobusların sayını azaltmasıdır. 79 nömrəli marşrut xəttində sürücü işləyən Elşən Əliyev deyir ki, daşıyıcı şirkət bir neçə avtobusu xəttə buraxmır. Bu isə sürücülərin məvacibinə bir başa təsir edir. Digər tərəfdən də mütəmadi olaraq sərnişinlərin etirazı ilə qarşılaşırlar.

Məsələylə bağlı daşıyıcı şirkətdən isə bildirdilər ki, qışa hazırlıq səbəbiylə bir neçə avtobus xətdən çıxarılaraq təmirə dayanıb. Növbə ilə digər avtobuslar da xətdən çıxarılaraq təmir ediləcək.

Nəqliyyat agentliyi də məsələdən xəbərdardı.Qurumdan verilən məlumata görə yay aylarında sərnişin az olduğundan avtobusların sayı azaldılaraq təmir olunması ilə bağlı daşıyıcı şirkətlərin müraciətlərinə müsbət cavab verilir.

İstənilən halda isə yaranan bu mənzərədən ən çox əziyyət çəkən sərnişinlər olur. Onlar qızmar yay günlərində dha uzun müddətdə avtobus gözləməyə məcbur olurlar. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh