Yolda qalan sürücünün köməyinə yol polisləri gəldi – VİDEO

Yol polisi 12 Avqust 2017 02:41 Oxunub 1941
Yolda qalan sürücünün köməyinə yol polisləri gəldi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təkəri partlayan “Mercedes”in sürücüsü DYP əməkdaşlarına təşəkkür edib

Bakı-Quba-Rusiya sərhədi yolunda idarə etdiyi “Mercedes Sprinter” markalı avtomobilin təkəri partlayan sürücünün köməyinə yol polisləri gəlib. Avtosfer.az xəbər verir ki, bu barədə sürücü özü məlumat verib. Bildirib ki, 99 FL 692 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman körpünün üstündə təkər partlayıb. Köməyə ehtiyac yaransa da, yoldan keçən maşınlardan heç biri dayanmayıb. Bir qədər sonra ərazidə 99 YP 751 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət aparan iki yol polisi əməkdaşı ona yaxınlaşıb. Vəziyyəti öyrəndikdən sonra DYP əməkdaşlarından biri Namiq Kərimov onu patrul maşını ilə yaxınlıqdakı təkət təmiri yerinə aparıb. Digər polis əməkdaşı, leytenant Rasim Əliyev isə “Mercedes”in yanında qalaraq təhlükəsizliyi təmin edib. Avtomobilin sürücüsü təkəri təmir etdirəndən sonra polis əməkdaşı onu öz maşınının yanına gətirib. Burada hər iki yol polisinin köməyi ilə təkəri dəyişən sürücü qısa müddət ərzində yoluna davam edib. O, gözlənilməz anda köməyə gələn yol polislərinə təşəkkür edib.

Qeyd edək ki, sürücüyə kömək edən DYP əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 1-ci tağımının (Saray postu) əməkdaşları olub. Onlardan leytenant Rasim Əliyev nümunəvi xidmətlərinə görə ötən ay Avtosfer.az saytı və "Digesta" hüquq firması tərəfindən diplomla mükafatlandırılıb.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh