Düzünə getmək istəyən sürücü nə etməlidir? - DOĞRU CAVAB

Yarışma 12 Avqust 2017 08:51 Oxunub 1774
Düzünə getmək istəyən sürücü nə etməlidir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nizamlanan yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Hərəkətini düzünə davam etdirmək istəyən sürücü nə etməlidir?

a) Qarşıdan gəlib sola dönən tramvaya və onunla paralel hərəkət edən minik avtomobilinə yol verdikdən sonra hərəkətini davam etdirməlidir;

b) Heç bir nəqliyyat vasitəsinə yol vermədən yolayrıcını ilk olaraq keçməlidir;

c) Yalnız qarşıdan gəlib sola dönən tramvaya yol verdikdən sonra hərəkətini davam etdirməlidir.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 76-cı maddəsinin I hissəsinə uyğun olaraq, relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Maddənin III hissəsində isə deyilir ki, svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay, hərəkət istiqamətindən asılı olmayaraq,üstünlüyə malikdir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Hərəkətini düzünə davam etdirmək istəyən sürücü yalnız qarşıdan gəlib sola dönən tramvaya yol verdikdən sonra hərəkətini davam etdirməlidir.

Suala ilk doğru cavabı Vüsal adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh