Azərbaycanda yol polisi hamilə qadın və övladını xilas etdi - VİDEO

Yol polisi 12 Avqust 2017 17:40 Oxunub 12451
Azərbaycanda yol polisi hamilə qadın və övladını xilas etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəmkirdə yol polisləri ana və yeni doğulacaq körpəsini ölümdən xilas ediblər

Tovuz rayon sakini Nizami Vəliyev hamilə gəlinini Gəncəyə apararkən yolda onun halının pisləşdiyini görüb. Həyəcandan avtomobili idarə edə bilməyən sürücü Şəmkir postunda yol polisindən köməklik istəyib.

 

Hamilə qadını xəstəxanaya çatdıran Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Xəyal Məmmədov uşağın dünyaya sağlam gəlməsinə görə sevincli olduğunu dilə gətirib. Dünyaya gələn qız uşağına isə köməklik göstərən polis əməkdaşı Xəyalın şərəfinə Xəyalə adı qoyulacaq.

 

Abbas Səhhət adına 1 nömrəli xəstəxanadan bildirilib ki, hamilə qadın bir neçə dəqiqə də gec çatdırılsa idi onların həyatı üçün təhlükə ola bilərdi.

 

Hazırda isə ana və övladının vəziyyəti yaxşıdır. (ARB)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh