Volkswagen yeni "təkər üzərində evi" - FOTO

Avtodünya 14 Avqust 2017 10:04 Oxunub 1531
Volkswagen yeni "təkər üzərində evi" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin yan hissəsinin yuxarısında tent də quraşdırılıb

Volkswagen şirkəti Crafter furqonunun bazasında yaraılmış yeni konseptin ilk şəkillərini yayıb. Konsept California XXL adını alıb. Məlumdur ki, California adı ilə VW Multivan modelinin xüsusi turistik modifikasiyası satılır.

Adi California modelinə nisbətən XXL variantı "təkərlər üzərindəki ev" anlayışına daha yaxın olub. Yeni konsept avqustun axırında Düsseldorfda keçiriləcək avtosalonda nümayiş etdiriləcəkdir.

 

California XXL modelinin fərqləndirən cəhətindən biri də quraşdırılmış yüksək tavandır. Salonun şəkilləri olmasa da, əlavə məkanın "ikinci" mərtəbədə çarpayının quraşdırılması üçün istifadə edildiyi güman edilir.

Eyni zamanda, çarpayıların uzunluğunun iki metr olduğu bilinir. Sketçlərdən göründüyü kimi, "birinci" mərtəbədə tam həcmli mətbəx yerləşdirilib - burada tas, ikigözlü plitə, çoxlu qutular və böyük iş səhti vardır.

Bundan başqa avtomobilin təchizatına soyuducu, kiçik sanitar qovşağı və duş daxil edilib. Avtomobilin yan hissəsinin yuxarısında tent də quraşdırılıb. (autograph)

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh