Avqustun 21-də tam Günəş tutulması baş verəcək

Maraqlı 14 Avqust 2017 10:10 Oxunub 1490
Avqustun 21-də tam Günəş tutulması baş verəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tutulma müddəti 2 dəqiqə 40 saniyə təşkil edəcək

Avqustun 21-də tam Günəş tutulması baş verəcək. Avtosfer.az Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən xəbər verir ki, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq. Tutulma müddəti 2 dəqiqə 40 saniyə (Bakı vaxtı ilə saat 19:47-də başlayacaq proses saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə sona çatacaq), yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.

İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izləniləcək. Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur. Qeyd edək ki, bu il ilk Ay tutulması hadisəi fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh