Ağırtonnajlı avtomobillər üçün qoyulan tərəzilər – rüşvət yeri, yoxsa…

Yazarlar 14 Avqust 2017 12:55 Oxunub 2922
Ağırtonnajlı avtomobillər üçün qoyulan tərəzilər – rüşvət yeri, yoxsa…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Əgər hər hansı bir sürücü bu işə şübhə ilə yanaşırsa və tərəzilərin düzgün işləmədiyini düşünürsə  proseslə yerindəcə tanış ola bilər"

Yollarda ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkətinə icazə verilsə də, müəyyən tələbləri pozma halları da müşahidə olunur. Belə ki, Tərəzi Nəzarət Məntəqələri fəaliyyət göstərdiyi halda, onların işlək vəziyyətdə olmadığı söylənilir. İddialara görə bəzi ağırtonnajlı nəqliyyat vasitələrinə yükləri ilə birgə  müəyyən məbləğ qarşılığında hərəkət etmələri üçün icazə verilir.

O zaman Tərəzi Nəzarət Məntəqələri necə fəaliyyət göstərir? Yollarda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət necə həyata keçirilir?

Avtosfer.az xəbər verir ki. “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli Modern.az-a açıqlamasında deyib ki, Tərəzi Nəzarət Məntəqələri haqqında deyilənlərin əsası yoxdur.

“İstər Bakı-Ələt-Qazax, istərsə də Bakı -Quba-Rusiya sərhəddində  avtomobil yolu istiqamətlərində Tərəzi Nəzarət Məntəqələri fəaliyyət göstərir. Həmin məntəqələrdə normadan artıq yüklənmiş yük maşınları yoxlanılır. Əgər yükləri normadan artıqdırsa, elə oradaca  boşaldılır.

Bu da yalnız yol-polisləri tərəfindən həyata keçirilir. “Azəravtoyol” ASC-nin əməkdaşlarının yük maşınlarını saxlamağa ixtiyarı yoxdur.  Əgər hər hansı şübhə varsa, dərhal  bizim Tərəzi Nəzarət Məntəqələrinə yönəldilir. Yük varsa,  yerindəcə boşaldılır və yol polisi tərəfindən də qanuna müvafiq olaraq cəriməsi yazılır. Ondan sonra yük maşının yenidən hərəkətinə icazə verilir”.

Qurum rəsmisi deyir ki, Tərəzi Nəzarət Məntəqələrinin fəaliyyətinə şübhə edənlər proseslə iş başında tanış ola bilərlər.

“Əgər hər hansı bir sürücü bu işə şübhə ilə yanaşırsa və tərəzilərin düzgün işləmədiyini düşünürsə  proseslə yerindəcə tanış ola bilər.

Yol polisi tərəfindən saxlanılan hər hansı bir sürücü tərəzinin düzgün işləmədiyini deyə bilməz. Hər bir adam tərəzini yerində gedib yoxlaya bilər və necə işlədiyini görə bilər.

 

Əgər hər hansı bir sürücünün narazılığı varsa, müraciət etsin və məsələ araşdırılsın. Yenə təkrar edirəm ki, yük maşınları bizim tərəfimizdən saxlanılmır. Yol polisləri tərəfindən saxlanılır və bizim Tərəzi Nəzarət Məntəqələrinə yönəldilir və orada yoxlanılır. Əgər yük çoxdursa boşaldılır və cərimə yazılır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh