Reyd zamanı 45 sürücü cərimələndi – VİDEO

Avtoreyd 14 Avqust 2017 16:22 Oxunub 1667
Reyd zamanı 45 sürücü cərimələndi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyd Heydər Əliyev prospekti ilə Salman Mümtaz küçəsinin və Şəki-Qax yolunun kəsişdiyi dairədə keçirilib

Baş Dövlət Yol Polisi Yol Patrul Xidməti Alayının beşinci tağımı və Şəki Şəhər Dövlət Yol Polisi Bölməsinin əməkdaşları birlikdə reyd keçiriblər. Avtosfer.az ARB Şəki-yə istinadən xəbər verir ki, reyd Heydər Əliyev prospekti ilə Salman Mümtaz küçəsinin və Şəki-Qax yolunun kəsişdiyi dairədə keçirilib. Sərxoşluğa qarşı keçirilən reyd zamanı sürücülük hüququ olmayan, kəmər taxmayan, o cümlədən etibarnaməsiz avtomobil idarə edən 45 sürücü müəyyən edilərək cərimələnib.

Murad Kərimov - sürücü: "Cərimə kəmərlə bağlı idi. Gəlirdim, polis əməkdaşları saxladı, cərimə yazır indi".

 

Reydlərin təşkil edilməsi yollarda hərəkətin intensivliyinin təmin olunması, təhlükəsizlik qaydalarına sürücülərin əməl etməsi baxımından əhəmiyyətilidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh