Sərxoş vəziyyətdə qə bir nəfəri ödürən takisi sürücüsü tutulub

Qaydalar 15 Avqust 2017 12:14 Oxunub 1367
Sərxoş vəziyyətdə qə bir nəfəri ödürən takisi sürücüsü tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 14-də saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində əcnəbi vətəndaş olan Həsən Heydərinin idarə etdiyi “Oka” və naməlum sürücünün idarə etdiyi “London Taxi” markalı avtomobillər toqquşub. Nəticədə Həsən Heydəri hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən görülən tədbirlərlə “”London Taxi” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Vaqif Qurbanov saxlanılıb, onun yüngül dərəcəli sərxoş olması müəyyən edilib. Sabunçu RPŞ tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh