Bakıda daha bir avtobus vəhşiliyi - VİDEO

Xəbərlər 29 Noyabr 2014 00:55 Oxunub 2620
Bakıda daha bir avtobus vəhşiliyi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusların iştirakı ilə daha bir insident yaşanıb

Dünən Bakıda marşrut avtobuslarının iştirakı ilə daha bir insident yaşanıb. Paytaxt sakinlərindən birinin çəkib təqdim etdiyi videokadrlardan da göründüyü kimi, avtobus şəhərin mərkəzi küçələrinin birində ağlasığmaz sürətlə hərəkət, daha dəqiq desək, oyunbazlıq edir. Bu kadrlardan bir daha o qənaətə gəlirsən ki, Daxili İşlər Nazirliyi, o cümlədən Dövlət Yol Polisi İdarəsi, habelə Nəqliyyat Nazirliyi və digər müvafiq qurumlar “avtoş” avtobus sürücüləri ilə mübarizədə hələ də istənilən nəticəyə nail ola bilmirlər. Halbuki bu “avtoş”luq adi xuliqanlıq deyil. Belə azğınlaşmış sürücülər yüzlərlə adamın həyatını təhlükəyə atırlar. Polisin gözü önündə... anspress

ŞƏRH YAZ
Ad

E-mail

Şərh