Qəbələdə ekoloji reyd: 100-dək avtomobil yoxlandı - VİDEO

Avtoreyd 15 Avqust 2017 16:14 Oxunub 2016
Qəbələdə ekoloji reyd: 100-dək avtomobil yoxlandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir neçə sürücünün avtomobili isə cərimə meydançasına aparılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi idarəsi və Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının birgə iştirakı ilə  Qəbələ rayonunun ərazisində «Təmiz hava» aylığı çərçivəsində reyd keçirilib. Reyd zamanı 100-dək avtomobilin havaya buraxdığı dəm qazının normaya uyğunluğu yoxlanılıb. Dəm qazını havaya normadan artıq buraxdığına görə 22 avtomaşının sürücüsü barəsində inzibati qaydada cərimə tətbiq olunub. Polisin tələblərinə riayət etməyən, habelə, sənədləri qaydasında olmayan bir neçə sürücünün avtomobili isə cərimə meydançasına aparılıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh