Lənkəranda ağır yol qəzası: 2 ölü, 5 yaralı - FOTO

Qəzalar 16 Avqust 2017 09:29 Oxunub 1212
Lənkəranda ağır yol qəzası: 2 ölü, 5 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Lənkəranda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı 1-i azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb, daha 2 nəfər ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, iribuynuzlu heyvan yolda hərəkətdə olan 90-UE-171 dövlət seriyalı nişanlı, "VAZ-2107" markalı avtomobilin yoluna çıxıb. Avtomobilin sürücüsü bu zaman nəqliyyat vasitəsinin hərəkət istiqamətini dəyişərək qarşıdan gələn, Astara rayon Sərək kənd sakini, Süleymanov Rüstəm Tarif oğlunun idarə etdiyi 90-LE-868 dövlət seriya nişanlı, "Mercedes" markalı avtomobilin yoluna çıxıb. Nəticədə avtomobillər toqquşub. Hadisə zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü və nəqliyyat vasitəsindəki daha bir sərnişin aldıqları xəsarətdən qəza yerində ölüblər. Qəza zamanı "Mercedes"in sürücüsü Süleymanov Rüstəm Tarif oğlu, 1986-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Mikayılova İradə, Lənkəran sakini Əlizadə Elmədddin Cabbar oğlu xəsarət alıblar. Yaralılar Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, qəza zamanı şəxsiyyəti hələlik müəyyənləşdirilməyən daha bir şəxs ağır xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.  

***05:14

 

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Liman şəhərindən keçən hissəsində baş verib. Belə ki, "VAZ-2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər – "VAZ-2107" markalı avtomobilin sürücüsü və onun sərnişini ölüb. Hadisə zamanı daha 5 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh