Balakəndə zəncirvari qəza - 5 yaralı

Qəzalar 16 Avqust 2017 09:33 Oxunub 914
Balakəndə zəncirvari qəza - 5 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiralında baş verən yol qəzasında 5 nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu gün axşam saat 20:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poştbinə kəndi ərazisindən keçən hissəsində üç minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəzadan sonra avtomobillərin sürcüləri və sərnişinlər Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX)  aparılıblar. Balakən MRX-dan verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəstəxanaya daxil olub. Hazırda həkim briqadası yaralıların müayinəsini aparır, şəxsiyyətləri dəqiqləşdirilir. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh