"111 saylı qəsəbədaxili marşrut avtobusları bərbad vəziyyətdədir" - FOTO

Xəbərlər 16 Avqust 2017 10:36 Oxunub 2957
"111 saylı qəsəbədaxili marşrut avtobusları bərbad vəziyyətdədir" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Müraciətimdə məqsəd avtobusların müasir tipli nəqliyyat vasitələri ilə əvəz edilməsidir"

Təhlükəli və narahat avtobuslar sərnişinlərin həyatını riskə atır. Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaş Aqil Əzizovun bizimyol.info saytına verdiyi məlumata görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə işləyən 111 saylı qəsəbədaxili marşrut avtobusları bərbad vəziyyətdədir. A.Əizizov bu problemlə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etdiyini və şikayətinə baxılmadığını dedi: "Müraciətimdə məqsəd sərnişinlərin avtobuslarla rahat və təhlükəsiz gediş-gəlişi üçün sərnişindaşımalarda istifadə edilən avtobusların müasir tipli nəqliyyat vasitələri ilə əvəz edilməsidir".

Lökbatan sakini sərnişindaşımada istifadə edilən 111 saylı qəsəbədaxili marşrut avtobuslardan birinin salonunun şəkillərini çəkib bizə göndərib.

 

Həmin şəkilləri təqdim edirik:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh