Mik Şumaxer “Spa-Frankorşarm” trasından atasının “Benetton B194” avtomobilində keçəcək

Yarışma 16 Avqust 2017 12:31 Oxunub 1314
Mik Şumaxer “Spa-Frankorşarm” trasından atasının “Benetton B194” avtomobilində keçəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mikin nümunəvi yürüşləri avqustun 27-də Belçika Qran-prisinin startından bir saat əvvəl və pilotların ənənəvi paradından sonra keçiriləcək

“Formula-1” yarışının yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Belçika Qran-prisi çərçivəsində nümunəvi yürüşlərdə atasının ilk titulunu qazandığı avtomobilin sükanı arxasında oturacaq. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumatı Belçikanın “DHnet” resursu yayıb. Məlumatda deyilir ki, bu günlərdə “Spa-Frankorşam” trasında test yürüşləri zamanı “Benetton B194” kokpitində Mik Şumaxer olub. Yürüşçü qara rəngli dəbilqə geyinib.

 

Mikin nümunəvi yürüşləri avqustun 27-də Belçika Qran-prisinin startından bir saat əvvəl və pilotların ənənəvi paradından sonra keçiriləcək. Bu hadisə Mixael Şumaxerin “Spa-Frankorşam” trasında “Formula-1” yarışlarında birinci qələbəsinin 25 illiyinə həsr olunacaq. Vaxtilə bu qələbə almaniyalı pilot üçün Belçika avtodromunda dalbadal altı qələbə seriyasından birincisi olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh