Avtomobilin gizli saxlanc yerlərindən 59000 dollar aşkar edildi- VİDEO

Gündəm 16 Avqust 2017 13:17 Oxunub 1309
Avtomobilin gizli saxlanc yerlərindən 59000 dollar aşkar edildi- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Hədəflənmə və risk faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən ölkə vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi "Volkswagen" markalı, 05 BF 398 dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, vətəndaş gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq avtomobil yoxlamadan keçirilib. Nəticədə avtomobilin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə 3 540 000 Rusiya rublu (59 000 ABŞ dolları ekvivalentində) aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh