“Tesla” şirkəti kiçik daşına bilən ev təqdim edib

Texnologiya 16 Avqust 2017 19:45 Oxunub 1651
“Tesla” şirkəti kiçik daşına bilən ev təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daşına bilən evin nümayişi Avstraliya üzrə tur çərçivəsində Melburnda reallaşıb

“Tesla” şirkəti kiçik daşına bilən ev (“Tesla Tiny House”) təqdim edib. Şirkət evi “Model X” avtomobilinə dəstək üçün turun gedişatında nümayiş etdirib. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, generasiya, saxlama və bərpa olunan enerjidən istifadə sahəsində tətbiqləri göstərən evdə sistemi nizama salmağa kömək edən xüsusi konfiqurator mövcuddur. İki ton çəkiyə malik “Tesla Tiny House” 100 faiz bərpa olunan enerji ilə qidalanır. Daşına bilən evin nümayişi Avstraliya üzrə tur çərçivəsində Melburnda reallaşıb. Qeyd edək ki, bu ölkənin bazarı “Tesla” üçün olduqca əhəmiyyətlidir. Burada evlərin təxminən 15 faizinin damı günəş batareyaları ilə təchiz edilib ki, bu da dünyada ən böyük konsentrasiyadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh