Mikroavtobus yük maşınına çırpıldı: xəsarət alanlar var - Bakı-Qazax yolunda

Qəzalar 16 Avqust 2017 15:32 Oxunub 536
Mikroavtobus yük maşınına çırpıldı: xəsarət alanlar var - Bakı-Qazax yolunda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ucarda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 220-ci kilometrliyində, Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü İbrahimli Röyal Bəylər oğlunun idarə etdiyi  "Ford" markalı pomidorla yüklənmiş sərnişin mikroavtobusu qarşıda hərəkətdə olan, Ağdam rayon sakini, 1972-ci il təvəllüdlü Bəxtiyar Sabir oğlu Cəfərovun idarə etdiyi "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü R. İbrahimli və onun həmyerlisi olan sərnişin, 1990-cı il təvəllüdlü İslamzadə Zahid Şamil oğlu müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə  yerləşdiriliblər. Faktla Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh