Yol polisləri qadını qarət edən oğruya aman vermədi - Sumqayıtda

Yol polisi 16 Avqust 2017 23:32 Oxunub 4124
Yol polisləri qadını qarət edən oğruya aman vermədi - Sumqayıtda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təxminən 500 metr qaçdıqdan sonra oğru YPX əməkdaşları tərəfindən yaxalanıb

Avqust ayının 16-da saat 18:10 radələrində, Sumqayıt şəhəri Zülfü Hacıyev küçəsində yolu keçən yaşlı qadının pul qabını oğurlayıb qaçmağa çalışan oğru ərazidə xidmət aparan yol polisləri tərəfindən zərərsizləşdirilib. Bu barədə Avtosfer.az zərərçəkmiş 1958-ci il təvəllüdlü Ələmmədova Almagül Həkim qızı özü məlumat verib. 

O, bildirib ki, avtobusdan düşüb yolu keçərkən bir nəfər onun əlindəki içərisində qızıl-zinət əşyaları, bank kartı və pul olan çantanı alaraq qaçıb. Bu zaman qadın yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına yaxınlaşaraq hadisə barədə məlumat verib və kömək istəyib. Yaxınlıqda qəza hadisəsi baş verdiyi üçün ərazidə xidmət aparan Sumqayıt şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşları baş çavuşlar Əkbərov Sahib Xaliq oğlu və Hüseynov İsa Maarif oğlu dərhal oğrunun ardınca düşüblər. Təxminən 500 metr qaçdıqdan sonra oğru YPX əməkdaşları tərəfindən yaxalanıb və patrul avtomobilinə əyləşdirilərək yaxınlıqdakı polis bölməsinə aidiyyəti üzrə təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, soyğunçuluq törədən şəxs 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini  Ağəliyev Nizami Yaşar oğludur. Hazırda faktla bağlı araşdırma aparılır.

Almagül Ələmmədova Avtosfer.az saytı vasitəsilə ona kömək etmiş yol polislərinə öz təşəkkürünü bildirib.  

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh