Su borusunun partlaması yolun çökməsinə səbəb olub - FOTO

Gündəm 17 Avqust 2017 09:23 Oxunub 1066
Su borusunun partlaması yolun çökməsinə səbəb olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Binəqədi - Novxanı avtomobil yolunun 11 km-də qeydə alınıb

Binəqədi - Novxanı avtomobil yolunun 11 km-də çökmə hadisəsi qeydə alınıb. Bu barədə Avtosfer.az-a “Azəravtoyol” ASC-dən bildirilib. Məlumatda deyilir ki, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir. Eyni zamanda yolun çökən hissəsinin dərinliyi 5-6 sm-dir. Çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyəti qurum tərəfindən çəkilmiş yeni su borusunun partlamasıdır. Nəticədə su yol yatağını yuyaraq yol əsasının çökməsinə gətirib çıxarıb. Çökmə hadisəsi nəticəsində avtomobil yolunun çiyin hissəsi də tamamilə sırdan çıxıb. Dərhal əraziyə “Azəravtoyol”un əməkdaşları cəlb olunub və yolun bərpası istiqamətində lazımi tədbirlər həyata keçirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh