Masallıda ağır yol qəzası: 2 ölü, 2 yaralı

Qəzalar 17 Avqust 2017 09:25 Oxunub 747
Masallıda ağır yol qəzası: 2 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Masallı rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Lənkəran rayonundan yas mərasimindən qayıdan Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi “Toyota Prado” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər - 1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov hadisə yerində ölüblər. Avtomobilin sürücüsü və digər sərnişin Zamiq Rafiq oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh